Kompüter oyunları üzrə 10-cu Milli Azərbaycan Çempionatı keçiriləcək
1 Sentyabr 2016 14:21 Sosial2-4 sentyabr KATV1 şirkətinin tərəfdaşlığı ilə "Badamdar Hotel Baku" otelində kompüter oyunları üzrə 10-cu Milli Azərbaycan Çempionatı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, çempionat çərçivəsində "CS:GO", "FIFA 16", "HS" oyunları üzrə regional seçmə mərhələ, həmçinin "DOTA", "LoL", "PB" oyunları üzrə isə milli final mərhələsi keçiriləcək. Qeyd etmək lazımdır ki, turnirdə dörd komanda yarışı ("Counter Strike: Global Offensive"; "Dota 2"; "Point Blank"; "League of Legends") və üç fərdi növ yarışı ("Hearth Stone"; "Super Streat Fighter V"; "FIFA 2016") təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31