İnvestisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, habelə xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib.
1 Sentyabr 2016 14:19 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, habelə xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib. Komitəsindən "Olaylar"a verilən məlumata görə, tədbirin təşkilində başlıca məqsəd adı çəkilən fərmana uyğun olaraq yeni mərhələdə özəlləşdirilməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Bununla yanaşı, belə yatırımlar hesabına özəlləşdiriləcək müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etməkdir. İngilis dilində keçirilən tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türkiyə İş Adamları Birliyinin (TUSİAB), "KPMG", "E & Y" (Ernst & Young Holdings), "Deloitte", "MCKinsey & Company" və digər beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, maliyyə və investisiya təşkilatları, media nümayəndələri iştirak edib. Tədbirdə qeyd edilib ki, ölkədə aparılan uğurlu iqtisadi islahatların mühüm istiqamətlərindən biri kimi dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni mərhələdə özəlləşdiriləcək dövlət müəssisələrində effektiv iş prinsiplərinin, korporativ idarəetmənin, həmçinin nou-hau-ların tətbiqi əsas prioritetdir. Həmçinin bildirilib ki, ölkəyə investisiya yatırılması məqsədi ilə xarici şirkətlərin dəvət edilməsində beynəlxalq məsləhətçilər mühüm rol oynayır.