Gənclərin Yaradıcılıq Emalatxanası Düşərgəsi layihəsi keçirilib

Gənclər və İdman Nazirliyi tərəfindən Daşkəsən rayonunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində təsviri sənət, foto, aktyorluq, rejissorluq, telejurnalistika sahələri üzrə yaşı 18-23 olan 80 nəfərdən çox gəncin iştirakı ilə “Gənclərin yaradıcılıq emalatxanası” adlı düşərgə keçirilib.

Gənclər və İdman Nazirliyi tərəfindən Daşkəsən rayonunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində təsviri sənət, foto, aktyorluq, rejissorluq, telejurnalistika sahələri üzrə yaşı 18-23 olan 80 nəfərdən çox gəncin iştirakı ilə "Gənclərin yaradıcılıq emalatxanası" adlı düşərgə keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı qabiliyyətin və estetik zövqün formalaşması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özününinkişafıın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir. İştirakçılar ikimərhələli seçim əsasında Nazirliyin əməkdaşları və müvafiq sahələr üzrə təlimçilərin iştirakı ilə 600 nəfər gəncin arasından seçiliblər. Düşərgədə yaradıcılıq emalatxanaları, yaradıcılıq müsabiqələri, ustad dərsləri, ekspertlər ilə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, karaoke, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, tonqal ətrafı yaradıcılıq gecələri və konsert proqramları təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31