BMT Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri cəbhə xəttində olub
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelsin, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzainin, BMT QAK-ın hüquq şöbəsinin müdir müavini, məcburi köçkünlər üzrə məsul şəxs Oliver Tuholske və BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev didərgin insanların vəziyyəti ilə tanış olmaq, onların problemlərinin həllində əldə olunan davamlı nailiyyətlər, həmçinin, məcburi köçkünləri qəbul etmiş icmaların sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
1 Sentyabr 2016 13:45 SosialBirləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelsin, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzainin, BMT QAK-ın hüquq şöbəsinin müdir müavini, məcburi köçkünlər üzrə məsul şəxs Oliver Tuholske və BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev didərgin insanların vəziyyəti ilə tanış olmaq, onların problemlərinin həllində əldə olunan davamlı nailiyyətlər, həmçinin, məcburi köçkünləri qəbul etmiş icmaların sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər ediblər. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışıb. Qeyd edib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Rayon rəhbəri qeyd edib ki, işğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə 31500 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Sonra qonaqlar Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) görüşlər keçirib, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanmış, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına baxıblar.