Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilir

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb.

Ölkədə sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir 
 

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub. Ğlkənin sosial infrastruktururnun yaradılması da dövlətin diqqət mərkəzində olub. Belə ki, uzun illər qaz üzünə həsrət qalan kənd və rayonlarda qazlaşdırma aparılıb. Daha dəqiq, vaxtilə özünü qazla təmin edə biməyən ölkəmiz qazı xarici ölkələrdən alırdısa, indi Azərbaycan bir sıra inkişaf etmiş dövlətlərin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də qaz xətləri çəkilir. Eyni zamanda, son illər ərzində on min kilometrdən artıq yol çəkilib. Hansı ki, vaxtilə Azərbaycanın bir dənə də olsun magistral yolu yox idi. Artıqucqar kənd rayonlarına yeni yolların çəkilişi reallaşdırılır. Həmçinin içməli su layihələri bir çox şəhərlərdə icra edilib, indi vətəndaşlara 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Xatırladaq ki, son illər ərzində ölkədə üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Təkcə bölgələrdə 41 Olimpiya Mərkəzi tikilib. Maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilmişdir, 225 min insan yeni evlərə, mənzillərə köçürülüb. Bu isə o deməkdir ki, artıq ölkədə soaial infrastruktur yaradılıb. Hazırda da bu kimi çoxsaylı social layihələr davam etməkdədir. Çünki qarşımızda Azərbaycanı sosial dövlətə çevirmək istəti var. Artıq bu qənaətə gəlmək olar ki, ölkədə aparılan iqtisadi islahatlar nəticəsində sosial müdafiə siyasətini davam etdirmək mümkün olacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bəyan edib ki, 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olacaq: "Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib deyib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. E.İbrahimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub. Onun sözlərinə görə, bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir: "Cənab Prezidentin dediyi kimi biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, yerinə yetirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq". 
Milli Məclisin deputatı Dilarə Cəbrayılova isə deyib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm tədbirlər görülür. D.Cəbrayılova bildirib ki, dövlət başçısının qarşıya qoyduğu məqsədlərdən biri də insan kapitalının inkişaf etdirilməsidir. Onun sözlərinə görə, dünyada baş verən maliyyə-iqtisadi böhranı şəraitində Azərbaycanın öz iqtisadi dayanıqlığını qoruyub saxlaması böyük uğurdur: "Təsadüfi deyil ki, dünyanın ən böyük iqtisadi forumu olan Davos Forumunda Azərbaycan həmişə aparıcı dövlətlərdən biri kimi çıxış edir. Qeyd edim ki, qeyri- neft sektorunda İKT-nin inkişafı xüsusilə cəlbedicidir. Bilirsiniz ki, Azərbaycan kosmik dövlətə çevrilib. Rabitə və kommunikasiya texnologiyalarının inkişafı neft sektorundan sonra ən qabaqcıl yer tutur. Bu sahə ciddi şəkildə inkişaf etməkdədir. Ümumiyyətlə, dünya iqtisadiyyatının da böyük payı bu sektorun hesabındadır. Bu mənada Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirməkdə maraqlı olması onun iqtisadi qüdrətinin, elmi və kadr potensialının yüksək səviyyədə olmasının göstəricisidir". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31