Ekspert: "Yollarımızda vedrə səviyyəsində olan avtomobillər var"
Son günlər baş verən bəzi dəhşətli qəzalar avtomobillərin təhlükəsizlik səviyyəsinin xüsusi önəmini vurğulayır.
31 Avqust 2016 15:07 SosialSon günlər baş verən bəzi dəhşətli qəzalar avtomobillərin təhlükəsizlik səviyyəsinin xüsusi önəmini vurğulayır.
Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib:

Onun sözlərinə görə, hazırda ölkədə istismarda olan avtomobillərin bəzilərinin təhlükəsizlik səviyyəsi xeyli aşağıdır və sürücülər bu məsələlərə çox səhlənkar yanaşırlar:

"Müşahidələrimə güvənərək deyə bilərəm ki, hazırda küçə və yollarımızda passiv təhlükəsizlik sistemi vedrə səviyyəsində olan xeyli avtomobillər, hətta avtobuslar var.
Ən dəhşətlisi odur ki, bu metal-plastmas yığınlarını idarə edənlər ən təhlükəli sürmə tərzi nümayiş etdirirlər. Bunun səbəbini anlamaq çətin olsa da, bircə izahı var: həmin sürücülər xırda-para qəzalarda çox ciddi ziyana düşməkdən qorxmurlar, amma unudurlar ki, qəzada ölmək də var"