Tələbələr üçün “Bir” Könüllülük Akademiyası

“Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində 2-7 sentyabr tarixlərində Şəki şəhərində tələbələr üçün “Bir” Könüllülük Akademiyası təşkil olunacaq.

"Bir" Tələbə-Könüllü Proqramı çərçivəsində 2-7 sentyabr tarixlərində Şəki şəhərində tələbələr üçün "Bir" Könüllülük Akademiyası təşkil olunacaq. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, akademiya tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsi məqsədilə keçiriləcək. Tədbirdə Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən ilkin müsahibə və xüsusi məntiq testi nəticəsində seçilmiş 60 nəfər tələbə iştirak edəcək. Akademiyanın proqramı təlim-tədris və mədəni-idman proqramı olmaqla, iki hissədən ibarət olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31