Azərbaycanlı FETÖ-çular təlaşda
15 iyul Türkiyədə baş verən terror cəhdindən sonra qardaş ölkə ilə yanaşı Azərbaycanda da FETÖ terror şəbəkəsi ilə bağlılığı olan şəxslərin müəyyənləşdirilib üzə çıxarılması, onlar barədə müvafiq ölçü götürülməsi istiqamətində addımlar atılır.
31 Avqust 2016 13:57 SosialReferendumdan sonra onlar işdən azad ediləcəklər
15 iyul Türkiyədə baş verən terror cəhdindən sonra qardaş ölkə ilə yanaşı Azərbaycanda da FETÖ terror şəbəkəsi ilə bağlılığı olan şəxslərin müəyyənləşdirilib üzə çıxarılması, onlar barədə müvafiq ölçü götürülməsi istiqamətində addımlar atılır. "OLAYLAR"-ın xəbərinə görə, sentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsindən sonra Azərbaycandakı FETÖ-çulara qarşı mübarizənin yeni mərhələsinə start veriləcək. Məlumata görə, dövlət və hökumət qurumları, idarə və təşkilatlarda yerləşdirilmiş FETÖ tərəfdarları tutduqları vəzifələrdən azad olunacaqlar. Hazırda azərbaycanlı FETÖ-çuların adları, onların çalışdıqları dövlət qurumlarının siyahısı hazırlanır.