Referendumqabağı vəziyyət müzakirə edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referenduma hazırlıq məqsədilə geniş tərkibdə iclas keçirilib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referenduma hazırlıq məqsədilə geniş tərkibdə iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Binəqədi rayon şöbəsi üzrə qərargahın sədri Ramiz Göyüşov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib. İclasda təbliğat-təşviqat kampaniyası dövründə "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Rayon təşkilatının sədri rayonda seçkiyə hazırlıq mərhələsini yüksək qiymətləndirərək seçki prosesinin hər bir vətəndaş üçün yüksək əhəmiyyət daşıdığını qeyd edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov rayon ərazisində aparılan abadlıq-quruculuq işləri barədə geniş məlumat verib. Milli Məclisin deputatı Kamaləddin Qafarov isə çıxışında son illər ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən bəhs edib. Ötən bütün seçkilərdə olduğu kimi bu il keçiriləcək referendumda da YAP-ın parlaq qələbə qazanacağına əminliyini bildirdi. Bütün sakinləri seçkilərdə fəal olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31