Bakıda yol qəzaları ilə bağlı statistikada ciddi dəyişiklik var
Bu il yanvarın 1-dən avqustun 10-dək Bakı şəhəri ərazisində 413 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 108 nəfər ölüb, 438 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu Milli.Az-a DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.
16 Avqust 2016 14:55 SosialBu il yanvarın 1-dən avqustun 10-dək Bakı şəhəri ərazisində 413 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 108 nəfər ölüb, 438 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bunu Milli.Az-a DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 76 fakt (489), ölüm 35 fakt (143), xəsarət isə 102 fakt (540) azalıb. Bundan əlavə, xəsarət dərəcələri də ötən illə müqayisədə nisbətən yüngül olub.
Bölmə rəisi qeyd edib ki, bu müddət ərzində yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisləri tərəfindən 628978 inzibati protokol tərtib edilib. Onlardan sürücülər barəsində 10439-u avtomobili sərxoş halda, 186-sı avtomobili nömrəsiz, 2264-ü sənədsiz, 1987-si pərdə-plyonkalı idarə etdiyinə görə, 595-i qəza şəraiti yaratdığına görə, 1815-i polusun qanuni əmrinə tabe olmadığına görə, 162-si dəmiryolu keçidi, 3352-si sərnişindaşıma qaydalarını pozduğuna görə, 14203-cü işıqforun qırmızı işığında keçdiyinə görə, 268-i avtoxuliqanlığa görə, 7769-u sürət həddini aşdığına görə tərtib edilib.
Mərkəzi Məlumat Xidmətində isə elektron qaydada 433318 protokol, onlardan da 377088-i sürət həddini aşanlar, 23560-ı işıqforun qırmızı işığında keçənlər, 9810-u isə qarşı hərəkət zolağına çıxanlar barəsində və s. qanun pozuntuları ilə bağlı tərtib edilib.