Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir.   Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur. Ancaq onu da etiraf etmək lazımdır ki, qadınlara qarşı zorakılıq halları da müşahidə edilməkdədir. Bu gün dünyanın istənilən ölkəsində bu kimi mənfi tendensiyaya rast gəlinir. Sabiq millət vəkili, tədqiqatçı a

Cahangir Hüseynov: "Qadınlara qarşı zorakılıq növləri onların psixoloji durumlarında bir sıra dəyişikliklərə səbəb olur"

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir.   Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur. Ancaq onu da etiraf etmək lazımdır ki, qadınlara qarşı zorakılıq halları da müşahidə edilməkdədir. Bu gün dünyanın istənilən ölkəsində bu kimi mənfi tendensiyaya rast gəlinir.

Sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun   bu günlərdə çap olunan  "Fikir və düşüncələrim" adlı kitabında da bu mövzuya xüsusi yer ayrılıb. Aprel döyüşlərində həlak olmuş şəhidlərin ruhuna ithaf olunmuş kitabda gender bərabərliyi və   gender mədəniyyəti haqqında fikirlərini oxucuları ilə bölüşən sabiq millət vəkili Cahangir Hüseynov qeyd edir ki, qadına qarşı zorakılığa cəmiyyəti narahat edən vacib problemlərdən biridir. Onun sözlərinə görə, ailə-məişət zorakılıqlarının qurbanları adətən qadınlar olur: "Dünya statistikasına görə, hər il dörd milyon qadın müxtəlif dərəcədə zorakılığa məruz qalır. Bu problem ölkəmizdən də yan ötməyib. Hər il 17-43 yaş arasında olan 100-ə yaxın qadın döyülməkdən, aldığı ağır xəsarətdən ya şikəst olur, yaxud dünyasını dəyişir. Bu isə müalicəsi mümkünsüz xəstəliklərdən, yaxud yol qəza hadisələri nəticəsində ölən qadınların sayından çoxdur. Məişət zəminində cinayətlərin 60 faizi uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu   fakt isə uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Məişət zorakılığı törədənlərin 68,5 % zorakılığın hökm sürdüyü ailələrdə böyümüş şəxslərdir. Azərbaycanda ailə münasibətləri daha çox etik-əxlaqi münasibətlərə söykənir. Bununla yanaşı, ailə-məişət zorakılığının qarşısının alınması sahəsində müvafiq qurumlar tərəfindən mütəmadi qaydada ardıcıl tədbirlər görülür. Zorakılıq qadın və kişi arasında bərabər olmayan qüvvələr münasibətinin təzahür formasıdır ki, bu da qadınlar üzərində hökmranlığa gətirir.  Münasibətlərdəki hökmranlıq isə, mütləq, daha zəif cinsin   nümayəndəsi sayılan qadının kişi tərəfindən diskriminasiyası ilə nəticələnir. Qadınların güzəranının ağırlığı, onların kişilərdən asılı vəziyyətə salınması həmin diskriminasiyanın təzahürlərindəndir ki, burada qadınlara münasibətdə zorakılıq əsas sosial mexanizm qismində iştirak edir". Cahangir Hüseynov bildirib ki, ailədə qadınlara qarşı törədilən zorakılıq əməlləri çox zaman gizli qalır və başqalarının bu əməllərdən xəbəri olmur: "Nəticədə lokal səciyyə daşıyan ailə qarşıdurması sonradan   kəskin ailə münaqişəsinə və sosial bəlaya çevrilir. Gizli və qeydiyyatsız qalan zorakılıq əməli vaxtında və layiqincə cəzalandırılmır, onu törədən şəxs ya da şəxslər qrupu isə heç bir məsuliyyətə cəlb olunmur.  Yoxsulluğun, işsizliyin, məhrumiyyətin, sosial   bərabərsizliyin, gərginliyin, həmçinin yaşlı nəsil arasında xəstəliyin və ölüm hallarının artması nəticəsində   ənənələrin deqradasiyası cəmiyyətdə zorakılığın, ilk növbədə də  qadınlara qarşı zorakılığın artmasına şərait yaradır. Bu amillər, deyilənlərlə yanaşı, dolayısı yolla qadınların fiziki, intellektual və psixi cəhətdən zəifləməsinə gətirib çıxarır. Zəiflik isə, öz növbəsində, qadınları yüksək təhlükə ilə nəticələnən və müşayət olunan davranışa sürükləyir, onları iqtisadi cəhətdən daha çox asılılığa aparır. Bu isə zorakılıqla əvvəllər  qismən az rastlaşan,   lakin gələcəkdə kütləvi şəkildə üzləşə biləcək qadını bəri başdan təhlükə qrupuna daxil edir". Sabiq millət vəkili hesab edir ki, qadınlara qarşı zorakılığın əsası ictimai quruluşun mahiyyətindən doğan münasibətlərdən yaranır və bu münasibətlər nə qədər bərabərsizlik prinsipinə əsaslanırsa, bir o qədər zorakılıq amilinin güclənməsinə səbəb olur: "Ümumiyyətlə, indiyədək tarixdə elə bir cəmiyyət mövcud olmamışdır ki, onun üzvləri tam mənada bərabərhüquqlu olsunlar. Sinifsiz cəmiyyət və  onun üzvlərinin   mütləq mənada həqiqi bərabərliyi bəşər tarixində reallığa çevrilməyən utopiya, mifdir. Qədim tarixdə bölgüsüz cəmiyyət tapa bilmədiyimiz halda sivilizasiyanın sonrakı mürəkkəb və ziddiyyətli dövrlərində bərabərhüquqlu cəmiyyətin axtarılması öncədən cəhdlərimizin uğursuz olmasına dəlalət edə biləcək səviyyədədir. Baxmayaraq ki, bütün demokratik ölkələrin konstitusiyalarında, o cümlədən bizdə də 12 noyabr 1995-ci ildə Ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş III fəslin 25-ci maddəsində təsbit olunub ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır və ən əsası, insan və vətəndaş hüquq və azadlıqlarını cinsi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Kişinin və qadının bərabərliyi, yəni hüquqların və azadlıqların istifadəsində cinsi bərabərlik prinsipi həmin maddədə əks olunan fikrin səciyyəvi xüsusiyyətləridir. Cəmiyyətdə qadınlara qarşı zorakılıq məsələsi müasir dövrün çox aktual və ağrılı mövzularından biri olduğundan yalnız konseptual cəhətdən biliklərlə silahlandıqdan sonra bu problemin əməli həllinə nail olmaq mümkündür. Qadınlara qarşı zorakılıq məfhumunun hüquqi təsnifatı 20 dekabr 1993-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul olunmuş "Qadınlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması haqqında" Bəyannamədə təsbit olunub. Həmin sənədin 1-ci maddəsində deyilir ki, "qadınlara münasibətdə zorakılıq termini   cinsi əlamət daşıyan, qadına qarşı cinsi, fiziki və psixoloji zərər və işgəncə   verilməsı və ya bu aktların təhlükəsi olan, onların şəxsi və ictimai həyatda azadlıqlarının məcburi və ya könüllü məhdudiyyətlərinə səbəb olaraq halları əks etdirir".Qeyd etmək lazımdır ki, bu Bəyannamə tam olaraq qadınlarla münasibətdə zorakılığa həsr olunmuş insan hüquqları sahəsində ilk beynəlxalq sənəddir. Həmin sənəddə xüsusilə vurğulanır ki, qadınlara qarşı zorakılıq insan hüquqlarının və qadınların əsas azadlıqlarının pozulması   onlara bu hüquqlardan istifadə etmək imkanını vermir. Bəyannaməni imzalayan iştirakçı dövlətlər etiraf etmişlər ki, qadınlara qarşı zorakılıq qadın və kişilər arasında bərabər olmayan qüvvələr münasibətinin tarixən mürəkkəbləşmiş təzahür hallarıdır ki, bu da qadınlar üzərində hökmranlığa gətirərək, kişilər tərəfindən qadınlara münasibətdə diskriminasiya yaratmış, həmçinin qadınların vəziyyətinin hərtərəfli yaxşılaşdırılmasını məhdudlaşdırmaqla onları kişilərdən asılı etmişdir.
Həm BMT-nin müvafiq sənədlərində, həm də insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların rəsmi materiallarında zorakılığın bir neçə növlərinin olmasının vurğulandığını nəzərə alaraq   onların hansı tiplərə bölündüyünü göstərməyə cəhd edək. Zorakılığı emosional, fiziki, iqtisadi, seksual, hədələmə, uşaqların qadınlara qarşı istifadə olunması, qorxutma, ətraf mühitdən təcrid etmə kimi növlərə bölə bilərik. Təhqir etmək, söymək, danlamaq, etinasız münasibət, əsassız qısqanclıq, uşaqların istəyinin nəzərə alınmaması kimi hərəkətlər ailədə qadınlara qarşı emosional zorakılıq yaradır. Fiziki zorakılıq deyəndə əsasən kişi tərəfindən döyülən, işgəncələrə məruz qalan qadına qarşı törədilmiş zorakılıq nəzərdə tutulur. Ev işlərindən kənar işə icazənin verilməməsi, pul vəsaiti ilə bağlı tələblərin yerinə yetirilməməsi və ya pulun lazımi məbləğdə verilməməsi, qadının gəlirının həyat yoldaşı tərəfindən   mənimsənilməsi və ya   qazanılan gəlir barəsində məlumatın həmin qadından gizlədilməsi və s. kimi faktlarla rastlaşdıqda deyə   bilərik ki, burada iqtisadi zorakılıq əməlləri gözə çarpmaqdadır. Əgər ər ailəni atmaqla, arvadını yaxud uşaqlarını döymək və ya   öldürməklə hədələyirsə, bir növ ailə üzvlərini özünə qəsd etməyə, hansısa qeyri-qanuni əməllərə əl atmağa vadar edirsə, deməli söhbət zorakılğın hədələmə növündən gedir. Digər zorakılıq növlərinin də səciyyəvi cəhətlərini göstərmək olar. Lakin xüsusilə vurğulamaq lazımdır ki, yuxarıda sadalanan zorakılıq növləri   qadınların psixoloji durumlarında bir sıra dəyişikliklərə səbəb olur. Ailədə və cəmiyyətdə qadınlara qarşı baş verən zorakılıq növlərini geniş təhlil etdikdə biz bütövlükdə zorakılq əməllərinin səbəblərini (müxtəlif aspektlərdə) müəyyənləşdirə bilərik. Tarixi-irsi xüsusiyyətlər, adət-ənənələr, ailə və məktəb tərbiyəsinin üsulları, müasir sosial həyatın   şərtləri, yəni mikro və makro səviyyələrdə özünü göstərən genetik   və sosiomədəni ilkin şərtlər,   qızların öz   valideyn və həmyaşıdları ilə ünsiyyət xüsusiyyətləri, qadınlara qarşı zorakılıqla mübarizənin (hüquqi, iqtisadi, psixoloji, tibbi və digər vasitələrlə) keyfiyyəti, profilaktik işin dövlət təminatı sisteminin kamilliyi və bir çox obyektiv və subyektiv səciyyəli göstəricilər qadınlara qarşı zorakılığın səbəblərini şərtləndirən amillərdir. Bunlar özlüyündə elə faktorlardır ki, zorakılığı doğuran səbəblər   kompleksinin yaranıb formalaşmasında heç də az rol oynamırlar.
Qadınlara qarşı zorakılığın nəticələrini ictimai həyatın bütün sahələrində müşahidə və aşkar etmək olar. Lakin bu o demək deyil ki, bir səviyyədə aşkar edilən zorakılıq əməli digər səviyyələrdə təzahür edə bilməz. Əslində, cəmiyyətin mürəkkəb bir sistem olduğunu vurğulayaraq demək olar ki, qadınlara münasibətdə baş vermiş istənilən zorakılıq eyni zamanda cəmiyyət miqyasında (makro səviyyə) və həmçinin ailə, şəxsiyyət (mikro səviyyə) səviyyələrində təzahür edir. Statusun itirilməsi, psixoloji diskomfort, təcavüz   qorxusu   və s. zorakılığın səciyyəvi nəticələridir. Bu səciyyəvi cəhətlər həmin problemin emosional, mənəvi, hüquqi səviyyələrdə dərkini, qiymətləndirilməsini, dərin təhlilini şərtləndirir. Məhz bu səciyyəvi nəticələr əsasında   zorakılığa dair müəyyən davranış   tipləri formalaşır. Davranışın konkret tipi iki mövqedən birini əks etdirir: qadın   ya həyatda özünün vacibliyini dərk edir və fəal həyat tərzi sürür,   yaxud   da zorakılıq hərəkətlərini qəbul edir və bununla da mövcud   şəraitə tabe olur".

Ardı növbəti sayımızda

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31