Bakıda daha 6 marşrut xətti üzrə avtobuslar elektron ödəmə sisteminə keçəcək
“Xaliq Faiq oğlu” MMC şirkətinin 18, 61, 65, 79, 85, 96 saylı xətt üzrə hərəkət edən avtobusları sentyabrın 1-dən “BakıKart” elektron ödəmə sisteminə keçəcək.
16 Avqust 2016 13:54 Sosial"Xaliq Faiq oğlu" MMC şirkətinin 18, 61, 65, 79, 85, 96 saylı xətt üzrə hərəkət edən avtobusları sentyabrın 1-dən "BakıKart" elektron ödəmə sisteminə keçəcək.
"Report" xəbər verir ki, həmin tarixdən bu avtobuslarda nağd ödəniş qəbul olunmayacaq. Bu marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqlarda artıq "BakıKart" və "Milliön" terminalları quraşdırılıb.
Qeyd edək ki, yaxın gələcəkdə şirkətin istismarında olan bütün xətlər üzrə avtobuslar elektron ödəniş sisteminə keçəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31