Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur.

Əvvəli ötən saylarımızda

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur.

Sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun bu günlərdə nəşrə hazırlanan "Fikir və düşüncələrim" adlı kitabında da bu mövzuya xüsusi yer ayrılıb. Aprel döyüşlərində həlak olmuş şəhidlərin ruhuna ithaf olunmuş kitabda gender bərabərliyi və gender mədəniyyəti haqqında fikirlərini oxucuları ilə bölüşən sabiq millət vəkili Cahangir Hüseynov qeyd edir ki, qadın təşkilatları ölkəmizdə demokratik proseslərin gedişinə və vətəndaş cəmiyyətinin yaradılmasına kömək edir, qadın və kişilərin hüquq və imkanlarının bərabərliyinin təmin olunmasına yardım göstərir, qadınların siyasi arenada fəaliyyətini dəstəkləyir: "Təşkilatlar qadınların cəmiyyətdəki mövqeyini və vəziyyətini möhkəmlətmyə çalışır, "sülh mədəniyyəti"ni təbliğ etməklə sülh prosesinə kömək edir. Hakimiyyət orqanlarında və qərarların qəbul edilməsində qadınlara kişilərlə bərabər imkanlar yaradılmasına, qadınların siyasi, iqtisadi və digər maraqlarının cəmiyyətdə gedən islahatlara inteqrasiya olunmasına çalışır. Azərbaycan qadınlarının maraqlarının BMT-nin, digər beynəlxalq və dövlətlərarası təşkilatların proqram və sənədlərinə inteqrasiya olunmasına, fundamental elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır. Qadın təşkilatlarının əsas məqsədi zəngin irsdən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, respublikanın və xarici ölkələrin fondları, ictimai təşkilatları ilə birgə layihələr həyata keçirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, ölkə ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, dini tolerantlı-ğın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, sosio-mədəni dəyişilmələrin öyrənilməsinə dəstək verməkdən ibarətdir. Fəal qadınların məqsədi Azərbaycan qadınlarının siyasi, sosial və ictimai fəallığını artırmaq, müstəqil Azərbaycan Respublikasının milli dirçəlişi və dünya xalqları arasında layiqli yer tutmasına yardım etməkdir. Onlar Azərbaycan qadınlarının vətəndaşlıq, siyasi, iqtisadi və milli-mədəni hüquqlarının qorunması və həyata keçirilməsi, onların dövlət, habelə ictimai işlərə cəlb olunması, dövlət idarəetmə orqanlarında təmsil olunması istiqamətində fəaliyyət göstərirlər. Lider qadınlar tanınmış qadınların bilik, bacarıq və nüfuzundan istifadə etməklə digər qadınları da sosial mobilliyin daha yüksək səviyyəsinə qaldırır. Eyni zamanda tariximizin, dinimizin, dilimizin, incəsənətimizin təbliği, geniş ümumrespublika xeyriyyəçilik proqramları tərtibi və həyata keçirilməsi təşkilatlarda prioritet məsələni təşkil edir. Cəmiyyətlər qadınların işlə təmin edilməsi, elm, siyasət, idarəetmə, hüquq-mühafizə, texnika, mədəniyyət və incəsənət sahələrində onların öz qabiliyyət və istedadlarını nümayiş etdirməsinə kömək edir. Qarşısına respublikamızın müasir modernizasiya dövründə qarşılaşdığı sosial, iqtisadi vəzifələrin həllinə kömək etmək, Azərbaycan qadınının hüququnu - onun analıq və qadınlıq haqqını müdafiə etmək, ona cəmiyyətin ictimai-siyasi sahələrində əlverişli şərait yaratmaq vəzifəsini qoyan qadın təşkilatları qadın əməyi sahəsində böhranlı vəziyyətin yüngülləşdirilməsinə, qadınların təhlükəsizlik əmək, qısaldılmış iş günü və iş həf-təsi hüququnun təmin olunmasına imkan yaradan şəraitin formalaşmasına çalışır, qaçqın qadınlara, uşaqlara və ailələrə çətin həyat şəraitinin öhdəsindən gəlmək üçün kompleks tədbirlər sistemi yaradılmasında və bütün səviyyələrdə qərarlar qəbul edilməsində qadınların iştirakının təmin edilməsinə nail olmağa cəhd göstərirlər. Respublikada bərabər hüquq və bərabər imkanlar cəmiyyətinin yaradılmasına yönəldilmiş qanunvericilik və vətəndaşlıq təşəbbüslərinin müdafiə olunması, ailə və qadının sosial müdafiəsini bütün səviyyələrdə idarə edən orqanlarla fəal əməkdaşlıq edilməsi, xalqımızın mədəni irsinin təbliğində, milli ənənələrimizin qorunmasında, böyüməkdə olan nəslin mənəvi tərbiyəsində qadınların fəal iştirakının təmin olunması, səlahiyyətli hakimiyyət orqanlarında qadın nümayəndələrin sayının artırılması üçün seçki kampaniyalarına hazırlıq və onun keçirilməsi strategiyasının işlənməsi də qadın təşkilatlarının cəmiyyətin modernizasiyasına verdiyi əsas töhfələrdəndir". Cahangir Hüseynov qeyd edib ki, qadın QHT-ləri Azərbaycanda vətəndaş hüquqlarının qorunması, insanların öz konstitusion hüquq və azadlıqlarını bilməsi və dərk etməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirir və bu istiqamətdə fəaliyyətini həm iri şəhərlərdə, həm də rayon və kəndlərdə davam etdirir: "Dünya azərbaycanlılarının başqa xalq-larla elmi, dostluq əlaqələrini inkişaf etdirməyə, Azərbaycan qadınlarının, gənclərinin və uşaqlarının ümumdünya qadın hərəkatına inteqrasiyasına çalışır. Müxtəlif mövzularda tədqiqatların aparılması (yoxsulluğun aradan qaldırılması, qadınların sağlamlığı, ailə planlaşdırması, insan hüquqları, qadınların ailədə istismarı, miqrasiya, qadın və ətraf mühit və s.), qlobal, regional və milli konfrans, seminar və treninqlərdə iştirak etmək, qadın və gənclər təşkilatlarını cəlb etməklə müxtəlif mövzularda konfrans və seminarlar təşkil etmək, onların təklif və ehti-yaclarını inkişaf planlarında əks etdirmək də qadınların gördüyü işlərin siyahısına daxildir. Qadın məsələsi və insan hüququ probleminin respublikada qarşılıqlı elmi tədqiqi məsələsi də müvafiq təşkilatların maraq dairəsindədir. Bu sahədə onlar mühüm tədbirlər həyata keçirirlər. Belə birliklər insan hüququnu tədqiq edir, insan hüququ və gender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi konsepsiya, nəzəriyyə və cərəyanları tədqiq edir, ictimai-siyasi-hüquqi institutların insan hüququ və genderin inkişafına təsirini öyrənir. İnsan hüququ və gender seçki sistemində realizə edilməli vəziyyəti təhlil edir, gender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktik seminar, dəyirmi masa, treninq və konfranslar keçirir, demokratik proseslərin inkişafı üçün insan hüququ və gender münasibətləri informasiya şəbəkəsi yaradır, gender və insan hüququ sahəsini öyrənmək məqsədilə sosioloji sorğular keçirir, proqnozlaşdırma işini aparır, elmi analizlər edir, ictimai-siyasi tərbiyə və siyasi mədəniyyətin formalaşmasında insan hüququ və gender araşdırmalarından istifadə edir, maarifləndirmə işini genişləndirir, gender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin formalaşması naminə elmi təbliğat işinin həyata keçirir. (Azərbaycanda ötən illərdə qadınların traffiki ilə məşğul olan onlarla insanın cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi maarifləndirmənin zəruriliyini bir daha əsaslandırır)". Sabiq millət vəkilinin sözlərinə görə, qadın birlikləri müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsində qadınların daha fəal iştirakına nail olmaq, milli kimliyin təbliği, xalqımızın tarixi faciələrini, torpaqlarımızın parçalandığını, milyonlarla soydaşımızın müxtəlif dövlətlərin tərkibində yaşadığını və onların arasında mə-nəvi, mədəni, iqtisadi əlaqələrin möhkəmlənməsi zərurətini təbliğ edir: "Dünyanın bütün qitələrinə səpələnmiş azərbaycanlı qadınları öz ana vətəninə daha möhkəm bağlamaq, onların gücünü millətimizin ümumi problemlərimizin həllinə istiqamətləndirmək yönündə iş aparır. Digər ölkələrdə yaşayan azərbaycanlı qadınların vasitəsilə həmin ölkələrin qadın təşkilatları və qabaqcıl qadınları ilə işgüzar, dostluq, elmi və mədəni əlaqələr qurmaq və inkişaf etdirməyə çalışır. Azərbaycan qadınlarının sülh hərəkatında, beynəlxalq görüşlərdə, elmi, siyasi və yaradıcılıq konfranslarında iştirakına yardım göstərir. Qarşıya qoyulan məqsəd, qadınların sabit inkişaf prosesində iştirakını və rolunu gücləndirmək, qadınların və uşaqların, o cümlədən qaçqın və məcburi köçkünlərin ehtiyaclarını öyrənməklə, vəziyyətlərini yaxşılaşdırmaq və sosial problemlərinin həll edilməsində onlara yardımçı olmaqdır. Bundan başqa, bu təşkilatlar qadınların və uşaqların, o cümlədən qaçqın və məcburi köçkünlərin insan hüquqlarını müdafiə edir, sosial problemlərin həllinə yönəldilmiş tədqiqatlar aparır, əməli fəaliyyətlər təşkil edir və həyata keçirir. Təhsil, sağlamlıq, insan hüquqları üzrə icma səviyyəsində maarifləndirmə işləri, xidmətlər təşkil edir. Yoxsulluğun aradan qaldırılması yollarının araşdırılması, sülh hərəkatının inkişaf etdirilməsinə, gənclərin və uşaqların mənəvi və mədəni inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün çalışır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər bir cəmiyyətin dayanıqlı və sabit olması burada yaşayan insanların hüquqlarının qorunması, hər bir vətəndaşın haqlarına hörmət olunması, insani dəyərlərin mühafizə edilməsi ilə sıx bağlıdır ki, bu istiqamətdə də ölkəmizdə xeyli işlər görülməkdədir. Respublikada gender bərabərliyinə nail olunmasının yolu bu sahədə islahatların aparılması, qanunvericilik aktlarının qəbulu ilə bərabər, cəmiyyətdə yüksək təsəkkül tapmış gender mədəniyyətinin bərqərar olmasından keçir. Bir məsələni də qeyd etmək istəyirəm. İslam ölkələrində bu gün gedən bu bərabərsizliyin və xoşagəlməz proseslərin ən böyük səbəblərindən biri də gender bərabərsizliyindən irəli gəlir. Uca Tanrə bəşəriyyətdə bütün canlılari iki əks cinsdən yaratmışdır. İnsanlarən əqli üstünlüyü müasir dövrdə fiziki üstünlüklərindən daha önəmlidir. Belə olan halda gender bərabərlıyı gender mədənıyyətı cəmiyyətdə aparıcı rol oynamalıdır. Əgər belə olarsa, cəmiyyət daha da inkişaf edər. Hər bır ınsanın bacarığına, təhsilinə, dünya görüşünə və başqa fərdi keyfiyyətlərınə fikir verilməlidir. Müasir dünyada ABŞ-da prezıdent seçkilərinə namizədlərın arasında Hılları Klınton, Böyük Britaniyada baş nazır postuna Tereza Melin seçilməsi, Almaniyada kansler Angela Merkelin on ilə yaxın dövləti idarə etməsi, hətta qonşu Gürcüstanda bir sıra aparıcı nazirlərin (ədliyə, müdafiə və s.) nazirlərın qadın olması və bir sıra aparıcı ölkələrdə qadın sıyasətçilərin, iş adamlarının öndə olması həmin dövlətlərdə sabitliyin , inkşafın qarantıdır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31