Bakıda üç avtomobil toqquşub, 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bakıda üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Bakıda üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi "Mercedes", Mirhəşim Abbasovun idarə etdiyi "Opel" və Süleyman Novruzlunun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31