Xalq artisti: "İnsanlar kredit ödəyir, toya müğənni çağıra bilmir"

Xalq artisti Səməd Səmədov toy məclislərinin azlığı barədə danışıb.

Xalq artisti Səməd Səmədov toy məclislərinin azlığı barədə danışıb.

Axşam.az xəbər verir ki, müğənni "Hər şey daxil" verilişində bəzi məqamlara toxunub:

"İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Mən toya baha getmirəm. Millətin vəziyyətinə baxıb, onla ayaqlaşıram. Müştəriyə 4 min qiymət deyirəm. Deyirlər, 2-3 minə imkanımız var. Mən də razılaşıram. Evdə oturmaqla nə olacaq? Mənə pul qalmasa da, işçilər evinə çörək apara bilir".

S.Səmədov ənənəsinə sadiq qalaraq, bu il də Türkiyədə dincələcəyini deyib:

"Hər il mütləq Türkiyəyə gedirik. İstanbulda, Bodrumda dincələcəyik. Son illər Gürcüstanda da istirahət yaxşı olur. Ora da getməyi düşünürük. Gəlinim Balakəndən, kürəkənim isə Zaqataladandır. Bu bölgələrə də gedəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00