Yol polisi rəisləri işdən çıxarıldı
Bu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb.
27 İyul 2016 16:36 SosialBu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb.
Lent.az bildirir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisiMisir Quliyev vəzifədən azad edilib. Bundan başqa azvision.az Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Dadaş İbrahimovun da vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilməsi barədə xəbər yayıb.
Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00