“Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində infrastruktur imkanları genişləndirilir
SOCAR Xəzərin Azərbaycan sektorunda işlədiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, əməyin mühafizəsinin və təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədi ilə mövcud hidrotexniki qurğuların, sosial obyektlərin tikintisi və təmiri, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması işlərini prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlayır.
27 İyul 2016 14:16 SosialSOCAR Xəzərin Azərbaycan sektorunda işlədiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, əməyin mühafizəsinin və təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədi ilə mövcud hidrotexniki qurğuların, sosial obyektlərin tikintisi və təmiri, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması işlərini prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlayır. "OLAYLAR"-ın xəbərinə görə, "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi "Səngəçal-Dəniz-Xərə-Zirə" yatağında yerləşən estakadayanı meydançalarda əsaslı təmir işlərini həyata keçirib. Birliyin sifarişi əsasında 247 saylı estakadayanı meydançada 46 ədəd möhkəmləndirici svay vurulmuş, 4 ədəd metal lövhə quraşdırılmış, meydançanın 660 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. 447 saylı estakadayanı meydançada aparılan təmir işləri çərçivəsində 40 ədəd möhkəmləndirici svay vurulmuş və 4 metal lövhə quraşdırılıb. Meydançanın 840 kvadratmetrlik hissəsi əsaslı təmir edilmişdir. 620 və 694 saylı estakadayanı meydançalarda ümumilikdə 105 ədəd möhkəmləndirici svay vurulmuş və 10 metal lövhə quraşdırılmış, 1320 kvadratmetrlik hissə əsaslı təmir edilmişdir. Təmir işlərindən sonra estakadayanı meydançalar Dövlət Qəbulu Komissiyası tərəfindən istismara qəbul edilib.