Sel suları şaxtaya doldu, 12 adam ölümlə üz-üzə
Çinin Şansi əyalətindəki Tszinçen şəhərində sel suları kömür şaxtasına dolub, 12 nəfər şaxtada qalıb.
3 İyul 2016 11:53 SosialÇinin Şansi əyalətindəki Tszinçen şəhərində sel suları kömür şaxtasına dolub, 12 nəfər şaxtada qalıb.
APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışır.
"Shanghai Daily" qəzeti isə yazıb ki, torpaq sürüşməsi nəticəsində Çinin cənubunda ölənlərin sayı 23 nəfərə çatıb, 7 nəfər xəsarət alıb. Bitsze şəhəri yaxınlığındakı kənddə sürüşmə nəticəsində dağıntılar altında 30 nəfər qalıb. Axtarış əməliyyatlarına 800 əsgər və xilasedici cəlb edilib.
Leysan yağışlar başlayandan sonra Çinin cənubunda onlarla insan ölüb və itkin düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00