Spirtli içkilərin keyfiyyətini necə müəyyən etmək olar?
19 May 2016 15:27 SosialVergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı fəaliyyəti ilə məşğul olma və xeyli sayda işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə cəlb edən şəxslər aşkar edilib. Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, reyd zamanı Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində fiziki şəxs Əliyev Elşad Qənbər oğlunun qanunsuz olaraq əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı istehsal sexində bir neçə rulon istifadə olunmamış saxta aksiz markaları, 120 ədəd Rusiya Federasiyasının aksiz markaları, 1226 ədəd saxta etiket, 625 ədəd qapaq, 3182 ədəd boş butulkalar, 1130.5 manat dəyərində 230 ədəd saxta aksiz markaları ilə markalanmış və 163 manat dəyərində 33 ədəd aksiz markasız alkoqollu içkilər, ümumilikdə 783 manat dəyərində 195 litr spirt, 38 litr rəngli alkoqollu içki və 28 litr araq aşkar edilib. Həmçinin fiziki şəxs Qəhrəmanov Seyfəddin Mübariz oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nizami rayonu, B.Çobanzadə küçəsi, 215 ünvanda yerləşən ərzaq mağazasında alış qiymətləri ilə ümumilikdə, 4586.46 manat dəyərində 593 ədəd aksiz markaları ilə markalanmalı olan mallar, o cümlədən 1407 manat dəyərində 71 ədəd saxta aksiz markaları ilə markalanmış, 635 manat dəyərində 38 ədəd aksiz markasız alkoqollu içkilər, habelə 450 manat dəyərində 185 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib. Məlumat üçün qeyd edək ki, hazırda yoxlamaların sayı azaldığından belə hallara tez-tez rast gəlinir. Bəs, spirtli içkilərin keyfiyyətini necə müəyyən etmək olar?
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, ölkədə istehsal olunan və xaricdən gətirilən bir sıra alkoqollu içkilərin sanitar-gigiyena normalarına uyğun gəlməməsi və aşağı keyfiyyətli belə malların satışı ciddi təhlükə mənbəyinə çevrilmiş və narahatlıq yaratmaqdadır. Əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş tədbirlər bu sahədə dövlət nəzarətinin gücləndirilməsini, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqinin təmin edilməsini nəzərdə tutur. Məlum olduğu kimi, alkoqollu içkilər etil spirtinin istifadəsi ilə hazırlanmış sənaye məhsullarıdır. Tərkibində karbohidratları çox olan məhsullardan spirtə qıcqırtma yolu ilə əldə edilən təbii etil spirti dənli bitkilər, kartof, müxtəlif meyvələr və s. kimi xammaldan alınır və spirtli içkilərin istehsalında istifadə olunur. Sintetik üsulla alınan etil spirtinin tərkibində müxtəlif qarışıqlar olduğundan ondan yalnız texniki məqsədlər üçün istifadə edilir. Tərkibindəki spirtin miqdarından asılı olaraq bu içkilər yuksək alkoqollu, tünd, orta alkoqollu və az alkoqollu növlərə bölünür. İstehlakçıların daha çox istifadə etdiyi tərkibində etil spirtinin miqdarı 31-65% olan tünd içkilər- araq, rom, viski, konyak, 9-30% olan orta alkoqollu - likyor, çaxır və 1,5-8% az alkoqollu - pivədir. Mövcud qanunvericiliyə görə respublika ərazisində alkoqollu malların satışı və istehsalı mütləq olaraq lisenziya əsasında həyata keçirilməlidir. Satıcı alıcıya lisenziyanın nömrəsi qeyd olunan informasiyanı, onun verilmə tarixini və hansı orqan tərəfindən verildiyini bildirməyə borcludur. Satıcı mal və onun istehsalçısı haqda məlumatı mütləq vaxtında alıcıya çatdırmalıdır ki, alıcı düzgün seçim edə bilsin. Alkoqollu içkilər markalanmalı və etiketində məhsulun adı, mənşəyi haqqında (istehsalçısı və istehsal olunduğu ölkə) məlumat, istehsalında istinad olunan standartın nömrəsi və sertifikatlaşdırılma barədə qeyd, spirtin faizlə miqdarı, doldurulma tarixi, tərkibində aromatik maddələr varsa onun miqradı, həcmi və s. məlumatlar olmalıdır. Alkoqollu içkilərin satışı zamanı mütləq nəzarət-kassa aparatlarından istifadə olunmalıdır. Alkoqollu içkilər doldurulmuş butulkaların ağzı qapaqla möhkəm bağlanmalıdır. Aliminium folqadan hazırlanmış qapaqların içərisinə sellofanla örtülmüş kartondan astar qoyulmalıdır. Cod sudan istifadə edilməsi bu içkilərin bulanıqlaşmasına səbəb olur. Bu məhsulların məktəblərdə, uşaq müəssisələrində, mədəni-məişət obyektlərində, müalicə-profilaktik mərkəzlərdə və bu müəssisələrə çox yaxın yerlərdə, eləcə də 18 yaşına çatmamış şəxslərə pərakəndə satışı qadağandır. Pivə istisna olmaqla tündlüyü 18 faizdən çox olmayan içkilərin plastik, tetrapak tipli və dəmir qablarda satışına yol verilmir. Spirtli içki alarkan istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidir. Alkoqollu içkilər quru, havası yaхşı dəyişdirilə bilən anbarlarda 10-20ºC temperaturda, vertikal vəziyyətdə saхlanmalıdır. Rəngli likör-araq məmulatlarının tərkibindəki boya maddələrinin parçalanmaması üçün işığın düz təsirindən qorumaq lazımdır. Bir çoxları üçün alkoqollu içkilərin keyfiyyətinin necə yoxlanılması təbii ki, maraqlıdır. Ticarət şəbəkəsində bu məhsulların keyfiyyətini yoxlamaq üçün alıcı birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsinə dəlalət edir, əksinə xirda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir. Eyni zamanda alkoqollu içkilər alarkən qabın üzərində yapışqan izlərinin olmamasına, hazırlanma və saxlanma müddətlərinin dəyişdirilməməsinə, qapağının çıxıntısız olmasına və s. diqqət edin. Nəzərə alın ki, keyfiyyətsiz alkoqollu içkilər sağlamlığınız üçün ciddi təhkükə mənbəyidir. Liкör-araq məmulatının кeyfiyyət göstəriciləri yoхlanarkən əvvəlcə taranın və butulкanın хarici görünüşü, etiketə verilən tələb və içkinin aхıb-aхmamasına fiкir verilir. Araq və liкör-araq məmulatı doldurulmuş butulкalar təmiz, bütöv, etiketi düz yapışdırılmış və cırıq olmamalıdır, metal qapaqda istehsalçının möhürü çoх aydın görünməlidir. Butulkalara gün işığında baхdıqda içki şəffaf və rəngi aydın olmalıdır, çöküntü, asılı hissəciklər və bulanıq olmamalıdır.
Nurlan