"Reklam çarxlarında və reklam lövhələrində Azərbaycan ədəbi dili"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şürasının maliyyə yardımı  ilə "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin həyata keçirdiyi  "Reklam çarxlarında və reklam lövhələrində Azərbaycan ədəbi dili" layihəsinin təqdimatında bu problem geniş müzakirə olunmuşdur.  Tədbirdə layihənin həyata keçirilməsində qarşıya qoyulan başlıca məqsədin, məhz reklam çarxlarında və reklam lövhələrində dil sahəsində mövcud olan qüsurların aşkar edilməsindən, onun mütəxəssislərlə birlikdə təhlilindən və təkliflərin hazırlanıb əlaqədar qurumlara çatdırılmasından ibarət olduğu qeyd edilmişdir. Tədbiri giriş sözü ilə açan layihə  rəhbəri, "Azadlıq Hərakatçıları" İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov layihənin məqsəd və məramı, görüləcək işlər barədə danışaraq, layihənin icrası zamanı AMEA-nın Dilçilik İnstitutunun, BDU-nun Jürnalistika kafedrasının, eləcə də ADMİU-nun Rəssamlıq fakültəsinin alim - mütəxəssisləri və Azərbaycan Reklamçılar Birliyinin mütəxəssisləri ilə, tanınmış reklamcılarla birgə araşdırma və təhlilin aparılacağını, rəy və təkliflərin hazırlanacağını bildirərək, bunu Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsinə Vətəndaş Cəmiyyətinin dəstəyi olaraq mühüm tədbir kimi dəyələndirdi. Tədbirdə   çixiş edən Azərbaycan Respublikasının Reklamçılar Birliyinin sədri, Hacı Hacəmi Atakişiyeva, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, AHİK-in əməkdaşı Mürvət Mehrabov, tanınmış diktor, Respublikanın əməkdar artisti Eldost Bayramov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Elimlər amizədi, Nəzakət Əhmədova, şair-pedaqoq Kəmalə Abıyeva, BDU-nun dosenti Mehriban Abdullayeva, şair Zakir Əliyev (Ağdamlı). və başqaları layihənin həqiqətən mühüm əhəmiyyət kəsb etdiyini, vaxtında atılmış addım olduğunu, lahiyənin icrasına hər bir ziyalının dəstək verməli olduğu barədə fikirlərini bildirməklə bir sıra dəyərli təkliflər də səsləndirdilər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00