Təhsil kreditləri haqqında qanunun qəbulu niyə yubanır?
Əli Məsimli: “Sözügedən qanunun qəbulu aztəminatlı ailələri övladları üçün təhsillə çəkdiyi xərcdən azad edəcək”
19 May 2016 13:00 SosialBir neçə ildir ki, ölkədə təhsil kreditlərinin tətbiq olunacağı barədə fikirlər səsləndirilsə də, hələlik sözügedən məsələ hüquqi aspektdə öz həllini tapmayıb. Zaman-zaman bir sıra millət vəkilləri parlamentdə təhsil kreditləri haqqında qanunun müzakirəyə çıxarılması təşəbbüsündə olsalar da, hələlik qanunverici orqan sözügedən sənədi müzakirə etməyə tələsmir. Baxmayaraq ki, bir sıra millət vəkilləri tərəfindən belə bir qanun layihəsi artıq hazırlanıb və sənəddə əksini tapan əksər məqamlar maddi problemlərlə üzləşən, yaxud bu səbəbdən təhsilini yarımçıq qoyan gənclərin kredit yolu ilə təhsillərini davam etdirməsinə yol açır. Məlumat üçün qeyd edək ki, bu günlərdə Milli Məclisinin iclası zamanı təhsil kreditləri haqqında qanunun tezliklə müzakirəyə çıxarılması barədə təkliflər səsləndirilib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, təhsil kreditləri haqqında qanun təcili olaraq müzakirəyə çıxarılmalıdır. Çünki maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır. Qənirə Paşayeva deyib ki, Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilərik. Bəs görəsən təhsil kreditləri haqqında qanunun qəbulu doğurdanda bu istiqamətdə mövcud olan problemin həllinə yardımçı olacaqmı? Sənəddə üstünlük təşkil edən və diqqət çəkən hansı məqamlar var?
Sözügedən qanun layihəsinin hazırlanmasında iştirak edən millət vəkili, iqtisadçı Əli Məsimli deyir ki, ali məktəblərə daxil olan hər 3 nəfərdən 2-si ödənişli qaydada təhsil alır. Onun sözlərinə görə, təhsil haqları əhalinin xeyli hissəsinin gəlirləri ilə müqayisədə yüksəkdir. Yəni 200-400 manat maaşa qarşı 900-4500 manat təhsil haqqı. Ona görə də istedadlı gənclərin bir hissəsi çox vaxt ixtisası, qabiliyyətinə görə yox, ailəsinin maddi imkanlarına uyğun seçmək məcburiyyətində qalır. Bununla yanaşı bu gün təhsildə yüksək nəticə göstərib, əlavə ödəniş etməklə müəllim yanına getmədən öz qabiliyyətinə görə kifayət qədər yüksək bal toplayan istedadlı gənclər ali məktəblərə ödənişli əsaslarla qəbul olunan tələbələr də, bir müddətdən sonra müəyyən səbəbdən təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən kənarlaşdırıllırar. Bu isə minlərlə gəncin həyatını sındırır, ailələrin perspektivlərinin üstündən xətt çəkir. Bütün bunları nəzərə alaraq biz təhsil kreditlri haqqında qanun layihəsi hazırlayb, Milli Məclisə təqdim etmişik. Bizim əməyimizi qiymətləndirən, bu qanunun qəbulunu sürətlənməsini istəyən və buna dəstək verən hər kəsə təşəkkürümüzü bildiriririk". Millət vəkili bildirib ki, həmkarları ilə birlikdə hazırladıqları qanunda təhsil kreditlərinin 20 il müddətində qaytarılması variantı seçilib: "Şərtlər çox yumşaqdı. Sosial kreditlərin-faizsiz və ya simvolik olaraq 1 faizlə verilməsi nəzərdə tiutulub. Tələbə təhsil aldığı müddətdə krediti qaytarmır. Yalnız təhsili başa vurduqdan sonra 2 il möhlət verilir və kişi cinsinin nümayəndəsi həm də əsgərliyini başa vurduqdan sonra, yəni 3 ildən sonra krediti qaytarmağa başlayır. Əslində bundan sonra da yalnlz işə düzələndə krediti ödəməyə başlayır. Əgər tələbə universiteti əla qiymətlərlə başa vursa aldığı kredit silinir. Belə layihə hazırladığımıza görə bizə minlərlə müsbət yönlü müracətlər olur". Əli Məsimlinin sözlərinə görə, hami bu qanunun qəbulunun tezləşdirilməsini istəyir. Çünki sözügedən qanunun qəbulu aztəminatlı ailələri övladları üçün təhsillə çəkdiyi xərcdən azad edəcək: "Deməli belə bir layihyə qarşı çıxmaq yalnız onun mahiyyəti barədə məlumatsızlıqdan doğa bilər". Millət vəkili onu da diqqətə çatdırıb ki, təhsil kreditləri haqqında qanun layihəsi atəminatlı ailələrdən çıxan istedadlı gənclərimin ali təhsildən kənarda qalmaması üçündür: "Bu, bizim xalqın gələcəyi üçün çox vacibdir. Çünki istənilən millətin, dövlətin tarixini vərəqləsək, görəcəyik ki, onların üzdə olan, xalqını irəli aparan şəxlərinin çoxu yöxsul və ya ortabab ailələrdən çıxıb. Milli sərvətimizin həmin hissəsindən dolğun istifadə etməkdən ötrü bu qanuna ehtiyac var".
Füzuli