Azərbaycan ən çox çay içilən ölkələr sırasında yer alıb
19 May 2016 12:28 SosialAzərbaycan əhalisinin 99,1 faizi "çayxor"dur. "The İndependent" nəşrinin verdiyi xəbərə görə, bu barədə "Euromonitor İnternational" qurumunun "Çay, yoxsa kofe? Hansı ölkələr bu içkilərdən üstünlük verir" adlı araşdırmasında deyilir. Azərbaycanla yanaşı, çayı sevən ölkələr arasında Keniya (99,2 %), Pakistan (99%), Çin (98,8 %) və Misir (98, 5%) yer alıb. Böyük Britaniyada çay sevənlər 78,4 % təşkil edib. Kofeyə üstünlük verən cəmiyyətlərə gəldikdə, məlum olub ki, ən çox kofeyə Dominikan Respublikası (99%), Braziliya, Ekvador (hər ikisində 97,4 %), Yunanıstan (96,8 %) və Danimarkada (92,2 %) üstünlük verilir. Estoniya və Polşa əhalisi isə çay və kofeni eyni dərəcədə sevir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00