“Bakı Metropoliteni” uşaqları sevindirdi
19 May 2016 12:19 Sosial"Bakı Metropoliteni" Nəsimi rayonu, Asif Məhərrəmov 64 ünvanında azyaşlı uşaqlar üçün parkın tikintisini yekunlaşdırıb və istifadəyə verib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. Bildirib ki,dəfələrlə sakinlər tərəfindən qınağa tuş gəlsələr də həvəsdən düşməyiblər: "Qeyd olunan ərazini bizim əməkdaşlar hasara aldılar, binanın həyətində istirahət üçün nəzərdə tutulmuş, son istifadə müddəti keçmiş bu "park"ı da hasara aldıq və dağıtmağa başladıq. Çünki havalandırma şaxtası da vacib idi. Bina sakinləri başladı haqlı olaraq bizi danlamağa. Tikdik və Bənövşəyi xətt istifadəyə veriləndə artıq bu şaxtalardan istifadəyə başlanıldı. Sonra baxdıq ki, belə olmaz. O binada yaşayan sakinlərin parkını geri vermək lazımdır. Xüsusən də o gül balalar üçün nəsə eləmək lazımdır. Həmin ərazini abadlaşdırdıq və təzə bir istirahət parkı saldıq. İçərisinə də gül balalarımızın oynaya bilməsi üçün 1-2 atraksion qoyduq".