Cavid Qurbanov: "Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə maneə olmağa çalışır"
19 May 2016 11:39 Sosial"Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir". Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "The Business Year" jurnalına müsahibəsində deyib. "Biz Azərbaycan şirkəti olaraq bu dəmir yolunun inşasına başlayanda Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacağı ilə bağlı narazılıqlar var idi", - deyə C. Qurbanov əlavə edib. Layihənin icra vəziyyətindən söz açan sədr qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: "Hazırda layihənin xırda detalları üzərində işlər başa çatmaq üzrədir. Beləliklə, 2016-cı ilin sonuna Gürcüstan tərəfində işlər başa çatdırılacaq. Bundan sonra Türkiyədə işlərin başa çatdırılması qalır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00