VI Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konfransı keçirilib
19 May 2016 11:22 SosialTürkiyənin Konya şəhərində VI Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konfransı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, konfrans Beynəlxalq YOCOCU Asossiasiyası, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Selçuk Universiteti Türk Əl Sənətlərı Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya şəhər bələdiyyəsi, Nişantaşı Üniversiteti və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycan, İran, İtaliya, Moldova, Makedoniya, Almaniya, Türkmənistan və Türkiyədən 130-dan çox alim iştirak edib. Konfransın bölmələrində Azərbaycan alimləri müxtəlif mövzularda məruzələr ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00