Qənirə Paşayeva Litva prezidenti ilə görüşüb
18 May 2016 18:36 SosialMillət vəkili Qənirə Paşayeva Litva prezidenti Dalya Qribauskayte ilə görüşüb. "Olaylar"ın məlumatına görə, millət vəkili Litva prezidenti və Dünya Lider Qadınlar Şurasının sədri Dalya Qribauskayte ilə görüşü zamanı onunla Azərbaycan prezidenti İlham Əliyevin yüksək səviyyəli əməkdaşlığı və səyləri nəticəsində bütün sahələrdə inkişaf edən əlaqələrin parlamentlərarası əməkdaşlığın inkişafına da öz müsbət töhfəsini verməsindən məmnunluğunu bildirib. Hər iki dost ölkə arasında bütün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə ehtiyac olduğunu deyən millət vəkili Litva Prezidenti Dalya Qribauskayte ilə görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu, öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb.O, dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. Litva prezidenti və Dünya Lider Qadınlar Şurasının sədri Dalya Qribauskayte də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini deyib. Millət vəkili sona Litva prezidentinə Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini hədiyyə edib.