Ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara ilk dəfə şəxsiyyət vəsiqələri verilib
18 May 2016 18:10 SosialAzərbaycanda ilk dəfə olaraq ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara şəxsiyyət vəsiqələri verilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Həbsxanasında bununla bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Penitensiar Xidmət və Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər. Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara Həbsxana ərazisində yaradılmış meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00