Sabah sular kəsiləcək DİQQƏT
18 May 2016 17:54 SosialSabah saat 09:00-dan etibarən gün ərzində Bakı şəhərinin Azadlıq prospekti, 161a-191 və Cəfər Xəndan küçəsi, 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sözügedən küçələrdə yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar yeni çəkilən su xətləri mövcud şəbəkəyə birləşdirilir.
"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00