Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00