MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası keçirilir
18 May 2016 14:47 SosialGürcüstanın paytaxtı Tbilisi şəərində MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası keçirilir. "OLAYLAR"-ın Dövlət Dəmir Yoluna istinadən verdiyi xəbərə görə, tədbirin gündəliyinə Şuranın 63-cü iclasının qərarlarının yerinə yetirilməsi, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti və s. müzakirə edilir. Mayın 19-dək davam edəcək şuranın iclası çərçivəsində kadr və gənclər siyasəti üzrə dəyirmi masa və dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Tədbir iştirakçıları üçün şəhərin tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil ediləcək. Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.