Azərbaycanda 860 insan alveri qurbanı var - RƏSMİ

"Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb". Report bildirir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda konfransda çıxışında deyib.

O bildirib ki, qurbanlardan 28 faizi məişət zorakılığına məruz qalıb: "Həmin şəxslər haqqında məlumatlar elektron bazaya daxil edilib və gizli saxlanılır".
Rəisin sözlərinə görə, 2015-ci ildə respublika üzrə 26 916 cinayət hadisəsi qeydə alınıb: "Həmin cinayətlərin 1 faizi insan alveri ilə bağlıdır. 2015-ci ildə 64 insan alveri qurbanı qeydiyyata alınıb.
Onlardan 9-u yetkinlik yaşına çatmayan qızlardır, 29-u isə məişət zorakılığı nəticəsində insan alverinin qurbanına çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00