Erməni vəhşilikləri barədə Hollandiya parlamentinə müraciət göndərilib

Hollandiyada fəaliyyət göstərən Azerbaycan diaspor təşkilatları tərəfindən bu ölkənin parlamentinə müraciət göndərilib. Bu barədə məlumatı "OLAYLAR"-a Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın verib. Bildirib ki, müraciət Hollandiya parlamentinin üzvlərinə təqdim edilib: "Müraciətdə erməni işğalçılarının Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət, ərazilərimizdə törətdikləri vəhşiliklər və terrror aksiyaları barədə parlamentarilərə ətraflı məlumat verilib. Həmçinin Azərbaycan diaspor təşkilatları Hollandiya parlamentindən Ermənistanın cinayətkar əməllərinə qiymət verməyi xahiş ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00