Əmək Nazirliyi ilə UNİCEF arasında Fəaliyyət Planı imzalanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində "2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı" imzalanıb. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin uşaqların fiziki və mənəvi inkişafına yönələn fəal dövlət siyasətinə malik olduğunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun uşaqların hərtərəfli diqqət və qayğı ilə təminatına da şərait yaratdığını vurğulayıb. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadzenin ölkəmizdə fəaliyyət müddətinin başa çatmaqda olduğunu bildirən S.Müslümov A.Şilakadzenin UNİCEF-lə Azərbaycan əlaqələrinin genişlənməsi və bu əməkdaşlığın səmərəli təşkili üçün göstərdiyi səyləri yüksək dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra "2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı" imzalanıb və tədbir yeni Fəaliyyət Planı üzrə görüləcək işlərə dair təqdimat və müzakirələrlə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00