I Millətlərarası Türkiyə-Azərbaycan Simpozumu keçirilib
18 May 2016 13:09 SosialAMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu Türkiyənin Samsun və Kastamonu şəhərlərində keçirilın simpozumlarda iştirak edib. O, Samsunda keçirilən tədbirdə "Türk Cümhuriyyətlərinin Sovet təhsilindən milli təhsilə keçiddə yaşanan psixoloji-fəlsəfi problemlər" mövzusunda çıxış edib. Bildirib ki, hazırda müstəqilliklərinin 25 illiyini qeyd etməyə hazırlaşan Türk Cümhuriyyətlərində milli təhsil sahəsində ciddi problemlər vardır. Onun fikrincə, Sovet məktəbi keçmiş müəllimlər və alimlərin yeni nəsillə aralarında bir uçurum vardır. Bunu aradan qaldırmaq üçün isə yalnız zamanın keçməsini gözləmək doğru deyil, eyni zamanda ciddi islahatlar həyata keçirilməlidir. Kastamonuda keçirilən"I Millətlərarası Türkiyə-Azərbaycan Simpozumu"na qatılan F.Qəzənfəroğlu burada da maraqlı mövzu ilə çıxış edib. Bu simpozumda əsas diqqəti Türkiyə-Azərbaycan münasibətlərində Türk Birliyi fikrinə çəkən Azərbaycan türk aydını bildirib ki, bunun üçün üç əsas məsələ gündəmdədir. Türklüyün mahiyyəti; İslamlığın mahiyyəti və yeniləşməyin ölçüsü. F.Qzənfəroğlu məruzəsində bildirib ki, bu üç məsələdə bütün türklər, o cümlədən Azərbaycan və Türkiyə türkləri həssas olmalı, bununla bağlı örnəkləri başqlarından deyil, öz mahiyyətindən almalıdır.