Elektrik enerjisi borclarını mobil telefonla da ödəmək olacaq

"Azərişıq" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni bir layihəyə start verib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, layihə ios və android tipli mobil istifadəçilərinin marağına səbəb olub. Belə ki, "Azərişıq" tətbiq etdiyi yenilik mobil istifadəçilərin rahat şəkildə elektrik enerjisi sərfiyyatlarını görməyə; elektrik enerjisinə görə aylıq fakturaları izləməyə; elektron müraciyət etməyə; elektrik enerjisi borcunu online ödəməyə; smart sayğac istifadəçilərinin online balanslarını öyrənməyə və smart sayğacının balansını artırmağa kömək edir. Qeyd edək ki , proqram 3 dildə istifadəyə verilib. Azərbaycan, Rus və İngilis dillərində.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00