“AtaTravel” Mingəçevir-Gəncə-Göygöl turu təklif edir
18 May 2016 11:45 Sosial"AtaTravel" MMC mayın 21-22 və 28-29-da iki günlük Mingəçevir-Gəncə-Göygöl turu təşkil edir. Bu barədə məlumat "OLAYLAR"-a şirkətdən daxil olub. Məlumatda bildirilib ki, bir nəfər üçün turun qiyməti 85 AZN təşkil edir. Qiymətə komfortlu avtobus, "Mingəçevir Səməni Hotel" otelində bir gün qalmaq, iki dəfə səhər yeməyi, nahar yeməyi, şam yeməyi, çay süfrəsi, peşəkar fotosessiya, diskoteka və gəmi ilə gəzinti daxildir. Həmçinin, proqramda Gəncə imamzadəsinə, Nizami məqbərəsinə, Göygölə ekskursiya, Maralgölə ekskursiya və yolboyu hədiyyəli viktorinalar var. 6 yaşa qədər uşaqlar üçün səfər pulsuzdur. Turun müddəti səhər saat 07.00-da başlayır və növbəti gün saat 22.00-da bitir. Toplaşma yeri "Excelsior Hotel Baku" otelinin qarşısındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00