Bir sıra rayonların qaz təchizatında problemlər olacaq

Mayın 18-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qarasu" və "Ələt", Astara Magistral qaz kəmərləri sahəsinin "Rvo", Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında, o cümlədən, Siyəzən magistral qaz kəmərləri sahəsinin "Yaşma-Siyəzən" magistral qaz kəmərində cari təmir işləri aparılacaq. "OLAYLAR"-ın xəbərinə görə, təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad, Lerik rayonunun Piran, Lənkəran rayonunun Narbağı, Qromba, Şağlaküçə, Kərgəlan, Rvo, Dərquba və Lvəsər, Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar, Qara Siyəzən və Beşdam kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir rayonunun və Qaradağ rayonunun Ələt qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00