Azərbaycanda minlərlə ailə dağıldı

Bu ilin birinci rübündə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.  Report bildirir ki, bu ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma halları qeydə alınıb və əhalinin hər min nəfərinə nikahların sayı 6, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycana daimi yaşamaq üçün 717 nəfər gələn və 363 nəfər ölkədən gedən qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00