Baş Dövlət Yol Polisi İdarəsində yeni təyinat

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni baş müstəntiq təyin edilib. Lent.az bildirir ki, Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də baş müstəntiq vəzifəsinə təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib. Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00