Türkiyənin aparıcı KİV nümayəndələri üçün press-tur keçirilib
17 May 2016 17:00 SosialAzərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycana press-tur keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq keçirilib, Dağüstü Park, Xalça Muzeyi, Bayraq Meydanı, İçərişəhər Tarix- Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Heydər Əliyev Mərkəzi, Atəşgah Məbədi, Yanardağ, Bakının bir sıra muzey və incəsənət obyektlərinə ziyarət edilib. Qeyd edək ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi 29 fevral 2016-cı il tarixində açılıb. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axınınn gücləndirilməsi istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.