“Büdcəyə yenidən baxılması gündəmdə deyil”

"2016-cı il dövlət büdcəsinə yenidən baxılması məsələsi gündəmdə yoxdur". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O qeyd edib ki, dünya bazarında neftin qiymətinin qalxmasının hələ müşahidə etmək lazımdır: "Tez-tez neftin qiymətininin dəyişməsi, qalxma-enmə var. Qiymət müəyyən mərhələyə çatarsa və büdcə gəlirləri, büdcə sistemi haqqında qanunda nəzərdə tutulmuş hədləri keçərsə, təbii ki, bu proses gündəmə gələr. Bu gün isə gündəlikdə 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması məsələsi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00