Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçikaya gedib
17 May 2016 15:59 SosialAzərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına səfər edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşlərdə iştirak etməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00