Tələbələr dini radikallığa yox deyir!
17 May 2016 15:57 SosialAzərbaycan Tələbələr Birliyi "Tələbələr dini radikallığa yox deyir!" adlı yeni layihənin icrasına başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi tələbələr arasında dini radikallıq və ekstremizmlə bağlı məlumatlandırma aparmaqla cəmiyyətimizdə bu kimi mənfi hallara qarşı mübarizəni gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində 8 müxtəlif universitetdə tələbələrin iştirakı dini radikallıq və ekstremizmlə bağlı seminarlar keçiriləcəkdir. Qeyd edilən sahə üzrə ekspertin iştirakı ilə keçiriləcək seminarlarda radikalizmin cəmiyyət üçün fəsadları, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yolları, milli-mənəvi dəyərlərimizin qorunması və digər vacib məsələlərlə bağlı məlumat veriləcək.