Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunacaq
17 May 2016 15:47 SosialMilli Məclisdə "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə qanunun layihəsini müzakirə edilib. "Olaylar" xəbər verir ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycan beynəlxalq təşkilatlarla fəal işləyir: "Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu Azərbaycanın maraqları daxilində həyata keçirilir. Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatında öz maraqlarını qorumaq niyyətindədir. Memarandumda ticari, iqtisadi məqamlar var. Biz müddəaları komitədə ciddi müzakirə etmişik. Bu təşkilatda dialoq üçün tərəfdaşlıq statusunda olmaq Azərbaycanın maraqlarına uyğundur". Məsələ səsverməyə qoyularaq qəbul edilib.