Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri “OLAYLAR”-ın qonağı olub
17 May 2016 15:06 SosialŞimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner "OLAYLAR" qəzetinin qonağı olub. Qəzetin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzla görüşən diplomat sözügedən mətbu orqanın fəaliyyəti, dövriliyi barədə maraqlanıb. Baş redaktoru öz növbəsində Ufuk Turqaneri Azərbaycanda yeni fəaliyyətə başlaması münasibətilə tərbik edib, ona diplomat həyatında uğurlar arzulayılb. Ufuk Turqaner Yunus Oğuzun müəllifi olduğu kitablar, tarixi romanlar barədə də maraqlanıb. Diplomatın yazıçının müəllifi olduğu kitabların Şimali Kipr Türk Respublikasında da yayılması təklifinə cavab olaraq Yunus Oğuz qələmə aldığı kitabların dünyanın bir sıra ölkələrində, eləcə də qardaş Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb. Yunus Oğuz bildirib ki, müəllifi olduğu kitabların Türkiyədə yayını və satışı ilə
Bilge Oğuz Yayın Evi məşğul olur və həmin yayın evinə sifariş verilməklə kitablar Şimali Kipr Türk Respublikasına çatdırıla bilər. Sonda Yunus Oğuz müəllifi olduğu bir neçə kitabı imzalayaraq diplomata təqdim edib.