“Eurovision” müsabiqəsinin nəticələrinə yenidən baxıla bilər
17 May 2016 14:53 SosialAvropa Yayım Birliyi (EBU) "Eurovision-2016"nın yekun nəticələrinə etiraz əlaməti olaraq 200 mindən çox insanın imzaladığı petisiyanı nəzərdən keçirmək niyyətindədir. Virtualaz.org "RİA Novosti"yə istinadən xəbər verir ki, etiraz petisiyası change.org saytında yerləşdirilib. "Petisiyadan xəbərimiz var. Məsələ bu gün müzakirə ediləcək və EBU-nin cavabı daha sonra dərc ediləcək", - bunu EBU-nun mətbuat katibi Pol Cordan deyib. O əlavə edib ki, müsabiqənin nəticələrinin dəyişdirilməsi "az inandırıcıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00