Tarif Şurasından “işıq və qaz pulu” ilə bağlı
17 May 2016 14:31 SosialQurum məlumat yaydı. Tarif Şurasına elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə müraciət daxil olmayıb. Qurumdan qeyd ediblər ki, son günlər bəzi kütləvi informasiya vasitələrində elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Hazırda Tarif Şurasında bu məsələlər müzakirə edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00