Dostluq turniri keçirilib
17 May 2016 13:14 SosialÜmummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Dostluq kuboku -2016" mini futbol turniri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, yarışlar Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları arasında keçirilib. Dövlət qurumlarının Həmkarlar İttifaqı komitələrinin təşkilatçılığı ilə keçirilən yarış işçilərin sağlam həyat tərzinə cəlb edilməsi, onların asudə vaxtının və istirahətinin səmərəliliyinin artırılması məqsədilə təşkil olunub. Azərbaycan Tennis Akademiyasının stadionunda baş tutan və gərgin mübarizə şəraitində keçən yarışlarda Təhsil Nazirliyinin komandası III yeri tutub. Qalib komandalar yarışın təşkilatçıları tərəfindən mükafatlandırılıb.