Milli Məclisin iclasında iki qanuna dəyişiklik edilib

Olaylar.az xəbər verir ki, bunlar İcra məmurları haqqında" və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunlardır. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli dyişikliklər barədə məlumat verib. Ə.Hüseynli bildirib ki, qüvvədə olan "İcra məmurları haqqında" qanunun normasına görə, icra məmurları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarından istifadəyə görə, məcburi müayinəyə nəzarət funksiyasını həyata keçirir: "İndi isə bu müddəa "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna köçürülür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00