Milli Məclisin plenar iclasında Meşə Məcəlləsində dəyişiklik edilib
17 May 2016 13:08 SosialOlaylar.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verib. E.İbrahimov bildirib ki, dəyişiklik texniki xarakter daşıyır. Belə ki, qanunvericilikdə inizbati sözü çıxarılır. Millət vəkili Elmira Axundova bildirib ki, məcəllədən inzibati sözünün çıxarılması bir sıra problemlər yaradacaq: "Çünki, vətəndaş meşə torpaqlarından təyinatı üzrə istifadə etdikdə cərimə ödəyəcək, lakin torpağı geri qaytarmayacaq". Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, vətəndaş cərimə ödədikdən sonra torpağı qaytarmasa cinayət məsuliyyətinə cəlb olunacaq: "Bu zaman vətəndaşın ağlı başına gələcək ki, qanunsuz istifadə etdiyi torpağı geri qaytarmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00